“Borussiya” stadionunda nəhəng şnitsel viral oldu

Dortmund “Borussiya”sının stadionunda 3,80 avroya satılan iri toyuq şnitselinin fotosu sosial şəbəkələrdə geniş maraq doğurub.

Dortmund “Borussiya”sının stadionunda satılan iri ölçülü toyuq şnitselinin fotosu sosial şəbəkələrdə geniş müzakirə yaradıb. Futbol stadionlarındakı yeməkləri paylaşan “Footy Scran” səhifəsinin yaydığı məlumata görə, “Borussiya” stadionunda bulkanın içində təqdim olunan şnitselin qiyməti 3,80 avro, təşkil edir.

Paylaşımda yeməyin ölçüsü azarkeşlərin diqqətini çəkib. İri toyuq şnitselinin kiçik bulka ilə təqdim olunması sosial şəbəkə istifadəçiləri arasında zarafatlara səbəb olub. Bəzi fanatlar bu qiymətə belə böyük porsiyanın Avropa stadionları üçün olduqca sərfəli olduğunu yazıblar.

“Football Ground Guide” portalı da Dortmund stadionunda toyuq şnitselinin 3,80 avro qiymətinə təqdim edildiyini qeyd edib. Bu səbəbdən viral foto azarkeşlər arasında təkcə yeməyin ölçüsünə görə deyil, həm də qiymətinə görə maraqla qarşılanıb.