İlham Əliyevin Qazaxıstan səfəri başa çatıb

Prezident İlham Əliyevin Qazaxıstana işgüzar səfəri mayın 15-də başa çatıb. Dövlət başçısını Türküstanda Kasım-Jomart Tokayev yola salıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına işgüzar səfəri mayın 15-də başa çatıb.

Dövlət başçısını Türküstan şəhərinin Həzrət Sultan Beynəlxalq Aeroportunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yola salıb. Bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında məlumat verilib.

Qeyd edək ki, Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də Qazaxıstana işgüzar səfərə getmişdi.