PSJ Liqa 1 çempionluğunu rəsmiləşdirdi

PSJ səfərdə “Lans”ı 2:0 hesabı ilə məğlub edərək 2025/26 mövsümündə Fransa Liqa 1 çempionluğunu sona bir tur qalmış rəsmiləşdirib.

95

Fransa Liqa 1-də 2025/26 mövsümünün qalibi müəyyənləşib. 29-cu turdan təxirə salınmış oyunda PSJ səfərdə ən yaxın izləyicisi “Lans”ı 2:0 hesabı ilə məğlub edərək sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.

Görüşdə hesab 29-cu dəqiqədə Xviça Kvaratsxeliya tərəfindən açılıb. Gürcüstanlı futbolçu Usman Dembelenin ötürməsindən sonra fərqlənərək Paris klubunu önə keçirib. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə isə İbrahim Mbaye ikinci qolu vuraraq matçın yekun nəticəsini müəyyənləşdirib.

Bu qələbədən sonra Luis Enrikenin komandası xalını 76-ya çatdırıb və 67 xalla ikinci pillədə qərarlaşan “Lans” üçün əlçatmaz olub. Beləliklə, PSJ ardıcıl 5-ci, ümumilikdə isə 14-cü dəfə Fransa çempionu adını qazanıb. Paris təmsilçisi bu göstərici ilə Fransa futbol tarixinin ən titullu klubu statusunu daha da möhkəmləndirib.

PSJ-nin bu uğuru mövsümün həlledici mərhələsində gəlib. Komanda daxili çempionatda titulunu rəsmiləşdirməklə yanaşı, qarşıdakı həftələrdə UEFA Çempionlar Liqasının finalına da hazırlaşır. Paris klubu mayın 30-da finalda “Arsenal”la qarşılaşacaq.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.