Tramp 2028-ci il üçün varis axtarır: Vens, yoxsa Rubio?

Donald Tramp yaxın çevrəsində 2028-ci il prezident seçkiləri üçün mümkün Respublikaçı varis kimi Cey Di Vens və Marko Rubio adlarını müzakirə edir.

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının 2028-ci il prezident seçkilərində mümkün namizədi ilə bağlı yaxın çevrəsində müzakirələr aparır. Məlumata görə, Tramp şəxsi söhbətlərində müşavirlərindən və yaxın adamlarından tez-tez vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio arasında kimi daha uyğun varis hesab etdiklərini soruşur. Məlumata əsasən, o, bəzən iki siyasətçinin eyni seçki biletində birlikdə iştirak edə biləcəyini də zarafatla gündəmə gətirir.

Məlumatı “Israel Hayom” nəşrinə istinadən veririk.

Trampa yaxın şəxslər bildirirlər ki, prezident bu mövzunu hələlik daha çox “əyləncə” kimi açır və yekun siyasi seçim barədə ciddi qərar verməyib. Bununla belə, onun “uşaqlar” adlandırdığı Vens və Rubio son həftələrdə ictimai fəallıqlarını artırıblar. Bu, noyabrda keçiriləcək aralıq seçkiləri öncəsi Respublikaçı düşərgədə 2028-ci il varisliyi ilə bağlı müzakirələri daha da gücləndirib.

Vens hazırda Respublikaçı elektorat arasında 2028-ci il üçün əsas favoritlərdən biri sayılır. Vitse-prezident statusu ona əsas ştatlara səfər etmək, donorlarla işləmək və partiya daxilində təşkilati baza qurmaq baxımından üstünlük verir. “The Washington Post” yazır ki, Vens artıq Ayova kimi erkən seçki ştatlarında fəallığını artırıb və aralıq seçkiləri üçün Respublikaçı namizədlərə dəstək kampaniyalarında iştirak edir.

Rubio isə son həftələrdə administrasiya daxilində daha görünən fiqura çevrilib. O, Ağ Ev brifinqində çıxışı ilə sosial şəbəkələrdə böyük diqqət çəkib, xarici siyasət və milli təhlükəsizlik mövzularında aktiv rol alıb. “The Washington Post”un məlumatına görə, Rubionun son çıxışları Respublikaçı çevrələrdə onun 2028-ci il üçün ciddi alternativ kimi qəbul edilməsinə səbəb olub, baxmayaraq ki, onun yaxınları açıq şəkildə prezidentlik kampaniyasına hazırlaşmadığını bildirirlər.

Maraqlıdır ki, Rubio daha əvvəl Vensin 2028-ci ildə namizəd olacağı təqdirdə onu dəstəkləyəcəyini demişdi. Bununla belə, Respublikaçı strateqlər Rubioya “daha təcrübəli və sabit fiqur”, Vensə isə Tramp elektoratının birbaşa davamçısı kimi baxırlar. Bu səbəbdən partiya daxilində “Vens-Rubio” və ya “Rubio-Vens” bileti ehtimalı da müzakirə olunur.

Trampın hələlik açıq şəkildə heç kimi varis elan etməməsi də təsadüfi sayılmır. Vaşinqtondakı müşahidəçilər hesab edirlər ki, prezident bu qeyri-müəyyənliyi qorumaqla həm Vens, həm də Rubionu öz orbitində saxlayır və Respublikaçı Partiyada diqqətin yenə də onun üzərində qalmasını təmin edir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.