“Arsenal”ın 20 illik final həsrəti Enn Hetuey təsadüfü ilə gündəm oldu

“Arsenal” 20 ildən sonra Çempionlar Liqasının finalına yüksəlib. Maraqlıdır ki, eyni müddət Enn Hetueyin baş rolda olduğu “The Devil Wears Prada” filminin birinci və ikinci hissələri arasında da keçib.

105

Londonun “Arsenal” klubu 20 ildən sonra yenidən UEFA Çempionlar Liqasının finalına yüksəlib. Mikel Artetanın komandası yarımfinalda “Atletiko Madrid”i iki oyunun nəticəsinə görə 2:1 hesabı ilə keçərək 2006-cı ildən bəri ilk dəfə turnirin həlledici mərhələsinə vəsiqə qazanıb. Cavab oyununda “Arsenal”a qələbə gətirən qolu Bukayo Saka vurub. 

Bu hadisə sosial şəbəkələrdə maraqlı pop-mədəniyyət paraleli ilə müzakirə olunur. Belə ki, “Arsenal”ın son Çempionlar Liqası finalından 20 il keçdiyi kimi, “The Devil Wears Prada” filminin birinci və ikinci hissələri arasında da təxminən 20 illik fasilə var. Orijinal film 2006-cı ildə təqdim olunmuşdu, “The Devil Wears Prada 2” isə 2026-cı ilin mayında kinoteatrlarda nümayişə çıxıb. Filmdə baş rollardan birini Enn Hetuey canlandırır.

Təsadüfü daha da maraqlı edən məqam Hetueyin “Arsenal” azarkeşi olmasıdır. Aktrisa son illərdə London klubuna simpatiyasını açıq göstərib, 2024-cü ildə isə müsahibə zamanı Leandro Trossardın qoluna reaksiyası ilə “Arsenal” fanatları arasında viral olmuşdu. “The Guardian” həmin vaxt Hetueyin “gizli Arsenal azarkeşi” kimi gündəmə gəldiyini yazmışdı.

2026-cı ildə isə Hetuey “The Devil Wears Prada 2” filminin təqdimatları fonunda yenidən “Arsenal” sevgisi ilə diqqət çəkib. Britaniya mediasının məlumatına görə, o, “Arsenal”a sevgisinin kökündə klub əfsanəsi Tyer­ri Anri və 2003/04 mövsümünün “məğlubedilməzlər” komandası ilə bağlı xatirələrin dayandığını bildirib.

Beləliklə, həm “Arsenal”, həm də Enn Hetueyin məşhur filmi üçün 2026-cı il 20 illik gözləntinin sonu kimi yadda qala bilər: “topçular” Avropanın ən böyük klub turnirinin finalına qayıdıb, “The Devil Wears Prada” isə uzun fasilədən sonra ikinci hissəsi ilə ekranlara dönüb.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.