Papa XIV Leo ABŞ bankında şəxsiyyətini təsdiqləyə bilmədi

Roma Papası XIV Leo ABŞ-dakı bank hesabı üzrə məlumatlarını yeniləmək istəyərkən bank əməkdaşı ondan şəxsən filiala gəlməsini tələb edib. Pontifik özünü Papa kimi təqdim etsə də, zəngin kəsildiyi bildirilir.

Roma Papası XIV Leo ABŞ-dakı bank hesabı üzrə əlaqə məlumatlarını yeniləmək istəyərkən gözlənilməz problemlə üzləşib. “The New York Times”ın yaydığı və “The Irish Times”ın da dərc etdiyi məlumata görə, Çikaqoda doğulan pontifik — dünyəvi adı ilə Robert Frensis Prevost — bank əməkdaşına zəng edərək hesabındakı telefon nömrəsi və ünvan məlumatlarını dəyişmək istəyib. 

Hadisəni Papanın yaxın dostu, keşiş Tom MakKarti ABŞ-da katoliklərlə görüş zamanı danışıb. Onun sözlərinə görə, Papa özünü Robert Prevost kimi təqdim edib və təhlükəsizlik suallarını düzgün cavablandırıb. Buna baxmayaraq, bank əməkdaşı sistemdəki qaydaya əsaslanaraq onun şəxsən filiala gəlməli olduğunu bildirib.

Papa bunun mümkün olmadığını izah etdikdən sonra vəziyyəti aydınlaşdırmaq üçün “Əgər sizə Papa Leo olduğumu desəm, bunun əhəmiyyəti olarmı?” deyə soruşub. MakKartinin sözlərinə görə, bu da nəticə verməyib və bank əməkdaşı dəstəyi asıb. “The Times” yazır ki, məsələ yalnız Çikaqodakı başqa bir keşişin bank rəhbərliyi ilə əlaqə saxlamasından sonra həll olunub.

Hadisə sosial şəbəkələrdə böyük maraq doğurub və bir çox istifadəçi bunu bank sistemlərinin sərt yoxlama prosedurları ilə bağlı ironik nümunə kimi qiymətləndirib. Vatikan isə hadisə ilə bağlı rəsmi şərh verməyib.

Qeyd edək ki, XIV Leo Roma Papası seçilməzdən əvvəl ABŞ əsilli kardinal Robert Frensis Prevost kimi tanınırdı. Onun Roma Papası seçilməsindən sonra ABŞ-a qayıtmaq imkanı yalnız rəsmi səfərlər çərçivəsində mümkün ola bilərdi.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.