Hulk “Fluminense”yə keçdi

39 yaşlı braziliyalı hücumçu Hulk “Atletiko Mineyro”dan ayrıldıqdan sonra “Fluminense” ilə 2027-ci ilin sonunadək müqavilə imzalayıb.

105

Braziliyalı hücumçu Hulk karyerasını “Fluminense”də davam etdirəcək. Rio-de-Janeyro təmsilçisi 39 yaşlı futbolçunun transferini rəsmən açıqlayıb. Təcrübəli forvard yeni klubu ilə 2027-ci ilin sonunadək müqavilə imzalayıb.

Məlumatı “Ge Globo” nəşrinə istinadən təqdim edirik.

Hulk “Fluminense”yə azad agent kimi keçib. Daha əvvəl o, “Atletiko Mineyro” ilə yollarını ayırmışdı. Braziliya nəhəngi bu klubda 2021-ci ildən çıxış edirdi və beş il ərzində komanda ilə yeddi titul qazanmışdı. (

Məlumata görə, Hulk “Fluminense”də 7 nömrəli forma ilə çıxış edəcək. Onun Braziliya futbolunda böyük təcrübəyə malik olması klub üçün həm meydanda, həm də paltardəyişmə otağında ciddi üstünlük hesab olunur.

Forvardın yeni komandasında debütü isə transfer pəncərəsinin yenidən açılmasından sonra mümkün olacaq. Braziliya mediası onun “Fluminense” heyətində meydana çıxmasının Dünya Kubokundan sonrakı dövrə təsadüf edə biləcəyini yazır.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.