“Arsenal” 20 ildən sonra Çempionlar Liqasının finalında

“Arsenal” yarımfinalda “Atletiko Madrid”i iki oyunun nəticəsinə görə 2:1 hesabı ilə keçərək 20 ildən sonra Çempionlar Liqasının finalına yüksəlib.

Londonun “Arsenal” klubu UEFA Çempionlar Liqasında mövsümün ilk finalçısı olub. Mikel Artetanın komandası yarımfinalın cavab oyununda “Atletiko Madrid”i 1:0 hesabı ilə məğlub edərək iki oyunun nəticəsinə görə 2:1 üstünlük qazanıb və finala vəsiqə əldə edib. Həlledici qolu Bukayo Saka vurub.

Bu nəticə “Arsenal” üçün tarixi əhəmiyyət daşıyır. London klubu sonuncu dəfə Çempionlar Liqasının finalında 2006-cı ildə çıxış etmişdi. Həmin vaxt Arsen Vengerin komandası Parisdə keçirilən finalda “Barselona”ya uduzmuşdu. İndi isə “topçular” 20 illik fasilədən sonra yenidən Avropanın ən böyük klub turnirinin həlledici oyununda meydana çıxacaq.

“Arsenal”ın finaldakı rəqibi mayın 6-da keçiriləcək “Bavariya” – PSJ yarımfinal cavab oyunundan sonra bəlli olacaq. UEFA-nın məlumatına görə, 2025/26 mövsümünün Çempionlar Liqası finalı 30 mayda Budapeştdəki Puşkaş Arenada keçiriləcək.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.