Xavi “Çelsi”nin yeni baş məşqçisi ola bilər

"The Independent"-in məlumatına görə, “Çelsi” sabiq “Barselona” baş məşqçisi Xavi Hernandesi komandanın yeni çalışdırıcısı kimi nəzərdən keçirir.

“Çelsi” rəhbərliyi komandanın yeni baş məşqçisi vəzifəsi üçün Xavi Hernandesi nəzərdən keçirir.

Bu barədə The Independent” məlumat yayıb. Nəşrin yazdığına görə, London klubu sabiq “Barselona” çalışdırıcısının futbol fəlsəfəsinin klubun son illərdə formalaşdırmağa çalışdığı oyun modelinə uyğun gəldiyini düşünür.

Xavi hazırda işsizdir. O, “Barselona”dan ayrıldıqdan sonra yeni layihə seçməkdə tələsməyib və daha əvvəl İngiltərə Premyer Liqasında çalışmaq ehtimalına açıq olduğunu bildirmişdi. “Çelsi” isə Liam Rozeniorla yolları ayırdıqdan sonra mövsümün sonuna qədər komandanı müvəqqəti baş məşqçi Kalum Makfarleynə tapşırıb. Klubun rəsmi açıqlamasında Makfarleynin mövsümün sonunadək komandanı idarə edəcəyi bildirilib.

Məlumata görə, Xavi “Çelsi”nin siyahısında olan yeganə namizəd deyil. Klubun potensial baş məşqçi variantları arasında Xabi Alonso, Françesko Farioli, Sesk FabreqasAndoni İraola kimi adların da olduğu qeyd edilir. Bununla belə, Xavinin topa nəzarətə əsaslanan oyun fəlsəfəsi və “Barselona” təcrübəsi onu London klubu üçün diqqətçəkən namizədlərdən birinə çevirir.

Hazırda Xavinin “Çelsi”yə təyinatı ilə bağlı rəsmi qərar açıqlanmayıb. Məlumat indiki mərhələdə Britaniya mediasının iddiası kimi qiymətləndirilir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.