Salah “Fənərbağça” ilə danışıqlar aparır

“A Spor”un məlumatına görə, “Fənərbağça” Məhəmməd Salahın meneceri ilə iki dəfə görüşüb. Misirli ulduzun illik 20 milyon avro maaş istədiyi iddia olunur.

14

Türkiyənin “Fənərbağça” klubu “Liverpul”un misirli hücumçusu Məhəmməd Salahın transferi üçün hərəkətə keçib.

“A Spor”un məlumatına görə, İstanbul təmsilçisinin nümayəndələri futbolçunun meneceri ilə iki dəfə görüş keçirib. Türkiyə mediası danışıqlarda Salahın illik 20 milyon avro maaş tələb etdiyini iddia edir.

“TNT Sports” da “A Spor”a istinadən yazır ki, “Fənərbağça” tərəfdən danışıqlarda Ertan Torunoğulları iştirak edib və klub Salahı İstanbul layihəsinə cəlb etməyə çalışır. Məlumatda qeyd olunur ki, 33 yaşlı futbolçu 2025/26 mövsümünün sonunda “Liverpul”dan ayrıldıqdan sonra bir neçə klubun maraq dairəsindədir.

Salahın gələcəyi ilə bağlı müzakirələr mart ayında daha da aktuallaşıb. “Sky Sports”-un məlumatına görə, “Liverpul”la əldə olunan razılaşmaya əsasən, misirli ulduz mövsümün sonunda klubu tərk edəcək və azad agent statusu qazanacaq. Halbuki Salah 2025-ci ilin aprelində “Liverpul”la 2027-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalamışdı.

İddiaya görə, Salah hazırda karyerasını Avropada davam etdirməyə daha isti yanaşır. Lakin “Fənərbağça”da son dövrdə yaşanan idarəetmə və seçki prosesi səbəbindən danışıqların müvəqqəti dayandığı bildirilir. Hazırda nə “Fənərbağça”, nə də Salahın nümayəndələri mümkün transferlə bağlı rəsmi açıqlama verib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.