“Neftçi” “Qarabağ”ı məğlub etdi, “Sabah” çempion oldu

Misli Premyer Liqasında təxirə salınmış oyunda “Neftçi” “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib. Bu nəticədən sonra “Sabah” tarixində ilk dəfə Azərbaycan çempionu olub.

22

Misli Premyer Liqasında XXI turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu başa çatıb. “Palms Sports Arena”da keçirilən Azərbaycan derbisində meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar. “Neftçi”nin qollarını Emil Səfərov və Bassala Sambu vurub, “Qarabağ”ın yeganə qolu isə Elvin Bədəlovun avtoqolu ilə qeydə alınıb. 

Görüşdə hesab 55-ci dəqiqədə Emil Səfərovun qolu ilə açılıb. 85-ci dəqiqədə Elvin Bədəlovun avtoqolu “Qarabağ”a bərabərlik gətirsə də, 90+1-ci dəqiqədə Bassala Sambu “Neftçi”yə qələbə qazandıran qolu vurub.

Bu nəticə çempionluq yarışının taleyini də rəsmiləşdirib. “Qarabağ” 59 xalla ikinci pillədə qalıb, lider “Sabah” isə 72 xalla sona 4 tur qalmış Ağdam klubundan 13 xal irəlidədir. Beləliklə, “Qarabağ”ın riyazi olaraq liderə çatmaq şansı qalmayıb və “Sabah” tarixində ilk dəfə Azərbaycan çempionu olub.

“Neftçi” üçün də bu qələbə xüsusi əhəmiyyət daşıyır. “Ağ-qaralar” bununla 5 illik fasilədən sonra “Qarabağ”ı məğlub edib və xallarının sayını 47-yə çatdıraraq turnir cədvəlində 4-cü pilləyə yüksəlib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.