Mark Epşteyn Trampı “yalan danışmaqda” ittiham etdi

Ceffri Epşteynin qardaşı Mark Epşteyn CNN-də bildirib ki, Donald Tramp mərhum maliyyəçi ilə münasibətləri barədə həqiqəti demir və Epşteynin ofisində dəfələrlə olub.

30

Ceffri Epşteynin qardaşı Mark Epşteyn ABŞ prezidenti Donald Trampın mərhum maliyyəçi ilə münasibətləri barədə dediklərini təkzib edib.

O, CNN-in “Erin Burnett OutFront” proqramında bildirib ki, Tramp və Ceffri Epşteyn 1990-cı illərdə “çox yaxın” olublar və bir-birlərinin təyyarələrində uçublar. Mark Epşteynin sözlərinə görə, Tramp Epşteynin ofisində dəfələrlə olub və bunu təsdiqləyə biləcək şahidlər var.

Mark Epşteyn Ağ Evin “Tramp heç vaxt Epşteynin ofisində olmayıb” açıqlamasına cavab olaraq bunu “açıq-aşkar yalan” adlandırıb. O bildirib ki, Ceffri Epşteynin ofisində işləyən şəxslər Trampı orada bir neçə dəfə gördüklərini təsdiqləyə bilərlər.

CNN-in efirində Mark Epşteyn həmçinin Trampın “Ceffri Epşteynin fanatı deyildim” və “onunla işim yox idi” kimi açıqlamalarının keçmiş münasibətlərinə uyğun gəlmədiyini deyib. Onun sözlərinə görə, Tramp sonradan özünü Epşteyndən uzaq göstərməyə çalışır. Bununla belə, CNN efirdə vurğulayıb ki, Tramp Epşteynin cinayət əməllərində ittiham olunmayıb və bu iş üzrə ona qarşı rəsmi ittiham irəli sürülməyib.

Bu açıqlamalar ABŞ-da Epşteyn sənədlərinin açıqlanması ilə bağlı davam edən siyasi mübahisələr fonunda səslənib. “Associated Press” yazır ki, ABŞ Ədliyyə Nazirliyinin baş müfəttişi Epşteyn fayllarının açıqlanması prosesinin qanuna uyğun aparılıb-aparılmadığını yoxlayır. Audit sənədlərin seçilməsi, redaktə olunması və ictimaiyyətə təqdim edilməsində mümkün problemləri araşdıracaq.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031