Xulian Alvaresin Barselonada ev axtardığı iddiası təkzib edildi

Xulian Alvaresin qardaşlarını Barselonaya ev axtarmaq üçün göndərdiyi barədə yayılan xəbərlər agenti Fernando Hidalqo tərəfindən “1000 faiz yalan” adlandırılaraq təkzib olunub.

256

“Atletiko Madrid”in hücumçusu Xulian Alvaresin ailə üzvlərini Barselonaya ev axtarmaq üçün göndərdiyi barədə xəbərlər İspaniya və Argentina futbol mediasında geniş yayılıb. İddianın mənbəyi kimi “TNT Sports Argentina” və jurnalist Emiliano Raddi göstərilir; məlumatda futbolçunun qardaşlarının “Kamp Nou” yaxınlığı və Kastelldefels bölgəsində, yəni Lionel Messinin də yaşadığı ərazidə variantlara baxdığı deyilirdi.

MSNews.az xəbəri “Barca Blaugranes”-ə istinadən verir.

Ancaq bu iddia çox keçmədən təkzib olunub. Alvaresin agenti Fernando Hidalqo yayılan xəbərləri “1000 faiz yalandır” sözləri ilə rədd edib. “Goal” və “AS” nəşrlərinin yazdığına görə, Hidalqo bildirib ki, ailədən heç kim Barselonaya ev axtarmaq üçün getməyib və futbolçunun yaxın çevrəsi son olaraq yalnız matça görə şəhərdə olub, ertəsi gün də Madrida qayıdıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.