Hörmüzdə gərginlik: İran iki gəmini saxladı, üçüncü gəmi ilə bağlı ziddiyyətli məlumat yayıldı

Hörmüz boğazında İran iki xarici gəmini saxlayıb. Üçüncü gəmi – "Euphoria" ilə bağlı isə yalnız İran mənbələri məlumat yayıb, beynəlxalq təsdiq hələ yoxdur.

13

Hörmüz boğazında dəniz gərginliyi daha da artıb. “Reuters”-in məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu iki konteyner gəmisini – Panama bayraqlı “MSC Francesca” və Liberiya bayraqlı “Epaminondas” gəmisini saxlayıb. Agentlik yazır ki, hər iki gəmi İran tərəfindən naviqasiya qaydalarının pozulması və izləmə sistemlərinə müdaxilə iddiası ilə dayandırılıb. 

“Reuters” həmçinin bildirir ki, həmin insident zamanı ümumilikdə üç gəmi atəşə məruz qalıb. “Epaminondas” zədələnib, MSC Francesca” isə zərər görməyib. Hadisə nəticəsində insan itkisi qeydə alınmayıb.

İranın yarı-rəsmi “Nour News”, eləcə də “Fars”“Mehr” agentlikləri üçüncü gəminin Euphoria” olduğunu və onun İran sahili yaxınlığında “dayandığını” yazıb. Lakin bu gəminin rəsmi olaraq saxlanıldığı barədə müstəqil təsdiq yoxdur. “Reuters”-in təsdiqlədiyi əsas fakt budur ki, iki gəmi saxlanılıb, üçüncü gəmi isə atəşə məruz qalan gəmilər arasında olub.