Dünyanın ən çox uşaq dünyaya gətirən qadını kimdir?

Tarixdə ən çox uşaq dünyaya gətirdiyi iddia edilən qadının 69 övladı olub. Bu rekordun dəqiqliyi isə hələ də müzakirə mövzusudur.

10

Dünyada ən çox uşaq dünyaya gətirən qadınla bağlı maraqlı faktlar yenidən gündəmə gəlib. Türkiyə mediasında yayılan məlumata görə, tarixdə ən çox doğum edən qadın kimi Rusiyada yaşayan və “Feodor Vasilyevin həyat yoldaşı” kimi tanınan Valentina Vasilyeva adlı şəxs göstərilir.

Məlumata əsasən, bu qadının XVIII əsrdə Moskva yaxınlığında Şuya kəndində yaşayan Valentina ümumilikdə 69 uşaq dünyaya gətirdiyi iddia olunur. Lakin məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, doğuşların heç birində tək övlad dünyaya gətirməyib; qeydlərə görə, o, 16 dəfə əkiz, 7 dəfə üçəm və 4 dəfə dördəm doğuş edib. Bu statistika uzun illərdir rekord kimi təqdim olunur.

Tarixi mənbələrdə bu məlumatın Moskva hökuməti tərəfindən qeyd alındığı bildirilir. Bu doğuşlar 1783-cü ildə Nikolskiy monastrının qeydlərində də əks olunmaqdadır.

Lakin bəzi tədqiqatçılar bu rəqəmlərin dəqiqliyinə şübhə ilə yanaşır və məlumatın tam təsdiqlənmədiyini vurğulayır. Bir digər ziddiyyətli nüans, onun bu uşaqların yalnız Feodordan dünyaya gətirib-gətirməməsi ilə bağlıdır.

Buna baxmayaraq, qeyd olunan fakt dünyanın ən qeyri-adi doğum hadisələrindən biri kimi tez-tez müzakirə olunur və müxtəlif media resurslarında yenidən gündəmə gətirilir.

Ekspertlər bildirir ki, müasir tibbi şəraitdə belə yüksək sayda doğuşun təkrarlanması praktik olaraq mümkün hesab olunmur və bu tip hallara çox nadir rast gəlinir.