İsrail mediası: Qətər və İran arasında anlaşma iddiası – Doha təkzib edir

"Kan News" Qətər və İran arasında anlaşma əldə olunduğunu iddia edir. Qətər isə bu xəbərləri qəti şəkildə təkzib edib.

13

İsrailin “Kan News” telekanalı Qətər və İran arasında müharibənin aktiv mərhələsinin sonunda qeyri-rəsmi anlaşma əldə olunduğunu iddia edib.

Məlumata görə, bu çərçivədə İran Qətərə qarşı hücumları dayandırıb, Qətərin “Al Jazeera” telekanalı isə Tehranla bağlı xəbərlərində tonu yumşaldaraq İran mövqeyinə daha geniş yer verməyə başlayıb.

Lakin rəsmi Doha bu iddiaları qəti şəkildə rədd edib. Qətər rəsmiləri belə bir razılaşma və ya gizli sövdələşmənin olmadığını bildirərək xəbərləri təkzib ediblər.

Mövzu ilə bağlı yayılan məlumatların hələlik yalnız media iddialarına əsaslandığı və müstəqil şəkildə təsdiqlənmədiyi qeyd olunur. Ekspertlər bu cür xəbərlərin regiondakı informasiya müharibəsinin bir hissəsi ola biləcəyini istisna etmirlər.