Azərbaycanlı iştirakçının DNT nəticəsində Avropa bağlantısı görünüb

Orxan Xansuvarın paylaşımına görə, Azərbaycanlı bir iştirakçının Y-DNT analizi nəticəsində qədim Avropa və vikinq nümunələri ilə uyğunluq müşahidə edilib.

221

Azərbaycanlı iştirakçının DNT nəticəsində Qərbi Avropa, konkret olaraq vikinqlərlə ilə bağlı maraqlı uyğunluq aşkarlandığı bildirilir. Bu barədə “Azerbaijan DNA Project” layihəsinin “co-admin”i Orxan Xansuvarın “Facebook” paylaşımında qeyd olunur.

“Azerbaijan DNA Project”in “co-admin”i Orxan Xansuvarın “Facebook” paylaşımına əsasən, ata nəsli Qarakilsə rayonunun Armudlu kəndindən olan bir azərbaycanlının Y-DNT nəticəsi R1b haploqrupunun S1734 alt qolu kimi müəyyən edilib. Müəllifin qeyd etdiyinə görə, bu subkladın yaşı təxminən 2800-3000 il arasındadır və onun birbaşa Qərbi Avropa mənşəli olduğu düşünülür.

Paylaşımda vurğulanır ki, həmin genetik xəttə Danimarkada X əsrə aid vikinq paleogenetik nümunələrində, Macarıstanın Szólád arxeoloji düşərgəsində, eləcə də Almaniya, Belçika və digər bölgələrdə rast gəlinib. Müəllifin fikrincə, bu nəticə sözügedən iştirakçının ata xətti üzrə qədim Avropa, xüsusilə də vikinq nümunələri ilə maraqlı genetik bağlılığını göstərir.

Orxan Xansuvar əlavə edir ki, Azərbaycanda genetik tədqiqatların genişlənməsi ölkənin qədim tarixinin elmi əsaslarla araşdırılması baxımından mühüm əhəmiyyət daşıyır və bu sahədə yeni nümunələrin toplanması olduqca vacibdir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.