İraqın yeni prezidenti Nizar Amidi oldu

İraq parlamenti PUK namizədi Nizar Amidini yeni prezident seçib. Hazırkı prezident Əbdül Lətif Rəşid seçkilərdə iştirak etməyib. 

141

İraq parlamenti 11 aprel tarixində kürd siyasətçi Nizar Amidini prezident seçib. O, “Kürdüstan Vətənpərvərlər İttifaqı”nın namizədi idi və səsvermə ikinci turda başa çatıb.

“Reuters” ingilisdilli materialında soyadı “Amedi”, digər mənbələrin bir hissəsində isə “Amidi” kimi verilir.

Məlumata görə, hazırkı prezident Əbdül Lətif Rəşid seçkilərdə iştirak etməyib. İraqın rəsmi xəbər agentliyi INA onun namizədliyini geri götürdüyünü yazıb.

İraqda prezident postu ənənəvi olaraq kürd siyasətçiyə verilir. Yeni prezidentin növbəti 15 gün ərzində ən böyük parlament blokunun namizədinə hökumət qurmaq tapşırığı verməsi gözlənilir.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.