Melaniya Tramp Epşteynlə əlaqəsini inkar etdi

Melaniya Tramp Ceffri Epşteyn və Gisleyn Maksvell ilə əlaqəsi olması iddialarını rədd edib. Birinci xanım Konqresi Epşteyn qurbanları ilə bağlı ictimai dinləmələr keçirməyə çağırıb.

12

ABŞ-ın birinci xanımı Melaniya Tramp Ceffri Epşteynlə hər hansı əlaqəsinin olması ilə bağlı iddiaları qəti şəkildə rədd edib. O, Ağ Evdə etdiyi nadir çıxış zamanı bildirib ki, adının Epşteynlə əlaqələndirilməsi böhtandır və bu iddialar dayandırılmalıdır.

Melaniya Tramp vurğulayıb ki, nə Epşteynlə, nə də onun yaxın çevrəsində yer alan Gisleyn Maksvell ilə şəxsi münasibəti olub. Onun sözlərinə görə, Maksvell ilə yalnız təsadüfi və formal yazışma baş verib. Birinci xanım həmçinin qeyd edib ki, o, Epşteynin qurbanı olmayıb və Epşteyn onu Donald Trampla tanış etməyib. Melaniya Tramp deyib ki, həyat yoldaşı ilə 1998-ci ildə Nyu-Yorkda keçirilən bir tədbirdə təsadüfən tanış olub.

O, çıxışında Konqresə də çağırış edərək Epşteynin qurbanı olmuş qadınlarla bağlı ictimai dinləmələrin keçirilməsinin vacibliyini bildirib. Melaniya Trampın sözlərinə görə, diqqət siyasi söz-söhbətlərə deyil, zərərçəkənlərin səsinə yönəlməlidir.

Mövzu ABŞ-da yenidən ona görə gündəmə gəlib ki, Ədliyyə Nazirliyi şəffaflıq qanunu çərçivəsində Epşteyn işi ilə bağlı bəzi sənədləri açıqlayıb. Həmin materiallar arasında Melaniya Trampın 2002-ci ildə Maksvellə göndərdiyi qısa bir elektron məktub da yer alıb. Birinci xanım bu yazışmanı “sadə nəzakət cavabı” adlandırıb və bunun xüsusi məna daşımadığını bildirib.

Melaniya Tramp əlavə edib ki, o, Epşteynlə ilk dəfə yalnız 2000-ci ildə həyat yoldaşı ilə birlikdə qatıldığı bir tədbirdə qarşılaşıb. Onun sözlərinə görə, həmin vaxtEpşteynin cinayət fəaliyyətindən xəbəri olmayıb.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930