Ağ Evdən Corc Kluniyə sərt cavab

 Ağ Evin kommunikasiyalar direktoru Stiven Çunq Donald Trampın İranla bağlı təhdidlərini tənqid edən Corc Kluniyə sərt cavab verib. Kluni isə bunu “infantil təhqirlər” adlandıraraq siyasətin müzakirəsinə çağırıb. 

14

Ağ Ev ABŞ Prezidenti Donald Trampın İranla bağlı təhdidlərini tənqid edən aktyor Corc Kluniyə sərt cavab verib.

“The Independent”in məlumatına görə, Ağ Evin kommunikasiyalar direktoru Stiven Çunq nəşrin sorğusuna cavabında “yeganə hərbi cinayətkarın Corc Kluni olduğunu” deyib və bunu onun “dəhşətli filmləri” və “pis aktyorluğu” ilə əlaqələndirib. Bu ifadə rəsmi hüquqi ittiham yox, açıq şəkildə təhqiramiz siyasi reaksiya kimi səsləndirilib.

Qalmaqal Kluninin İtaliyada məktəblilər qarşısında çıxışı zamanı Trampın “bütöv bir sivilizasiya yox ola bilər” tipli İran bəyanatını “müharibə cinayəti” adlandırmasından sonra başlayıb. The Guardian” yazır ki, Kluni bu cür ifadələrin beynəlxalq hüquq baxımından qəbuledilməz olduğunu bildirib və siyasətdə elementar məsuliyyət çağırışı edib.

Kluni isə Ağ Evin cavabını “infantil təhqirlər” kimi qiymətləndirib. Variety” və digər nəşrlərin yaydığı açıqlamaya görə, o, “ailələr yaxınlarını itirir, uşaqlar yanaraq ölür, dünya iqtisadiyyatı bıçaq ağzındadır; belə vaxtda şəxsiyyətlərə sataşmaq yox, siyasəti müzakirə etmək lazımdır” deyib.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930