İran Hörmüz boğazından keçən kommersiya gəmiləri üçün yeni marşrut sxemi yayıb və gəmilərə İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri ilə koordinasiyada hərəkət etməyi tapşırıb.
“Reuters“-in məlumatına görə, yeni qaydada gəmilər əsasən Larak adası ətrafından, İran sularına daha yaxın xətt üzrə yönləndirilir. “Wall Street Journal” yazır ki, bu istiqamətləndirmə İranın Mumbaydakı baş konsulluğunun “X” paylaşımında dərc olunan xəritə ilə yayılıb.

İran tərəfi bu dəyişikliyi əsas marşrut zonasında gəmi əleyhinə minalar riski ilə izah edir.
Bu addım kövrək ABŞ-İran atəşkəsi fonunda gəmiçiliyin tam bərpasının hələ baş vermədiyini göstərir.