Bill Qeyts Epşteyn işi üzrə Konqresdə ifadə verə bilər

Bill Qeytsin Ceffri Epşteynlə əlaqələri barədə ABŞ Konqresinin komitəsində ifadə verməsi gözlənilir. Lakin onun Epşteynin cinayətlərində iştirak etdiyi barədə təsdiqlənmiş ittiham yoxdur.

19

Bill Qeytsin Ceffri Epşteyn işi ilə bağlı ifadə verməsinin gözlənildiyi doğrudur, amma yayılan bəzi iddialar təsdiqlənmir. ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatı Komitəsinin sədri Ceyms Komerin 3 mart 2026-cı il tarixli rəsmi məktubunda Qeytsdən Epşteyn və Gisleyn Maksvell araşdırması üzrə komitəyə kömək edə biləcək məlumata sahib olduğu əsas gətirilərək Vaşinqtonda transkriptli müsahibə üçün ifadə verməsi istənilir. Məktubda söhbət komitə istintaqından gedir, məhkəmədə onun Epşteynin adasında uşaqlara qarşı zorakılıq, insan alveri və işgəncələrdə iştirakına dair ifadə verməyə “məcbur ediləcəyi” yazılmır.

Washington Post” və “People” nəşrləri yazır ki, Qeytsin bu ifadəsi 10 iyun 2026-cı il tarixinə planlaşdırılır. Hər iki nəşrə görə, məsələ Respublikaçıların rəhbərlik etdiyi “House Oversight Committee”-nin Epşteynlə bağlı federal araşdırmanın gedişi və Qeytsin onunla əlaqələri barədə topladığı məlumatlar çərçivəsindədir.