Yevangelistlər Trampın İran müharibəsi ritorikasını gücləndirir

"Reuters" yazır ki, Donald Tramp və yevangelist liderlər İranla müharibəni dini ritorika ilə əsaslandırmağa çalışır. Bu yanaşma ABŞ-da həm siyasi dəstək, həm də tənqid doğurur.

42

ABŞ prezidenti Donald Tramp və ona yaxın yevangelist liderlər İranla müharibəni getdikcə daha çox dini ritorika ilə təqdim edir. Tramp son günlərdə bu qarşıdurmanı xristian simvolikası ilə əlaqələndirib, yaxın müttəfiqləri və bəzi pastorlar isə müharibəni “xeyirlə şərin savaşı” kimi təsvir edərək bu mesajı kilsələrdən də yayırlar.

Bu barədə “Reuters”-də xüsusi bir məqalə dərc edilib.

Məqalədə qeyd olunur ki, Tramp İranla bağlı müharibəyə dəstəyin zəiflədiyi bir vaxtda əsas elektoratını, xüsusilə də ağ yevangelist seçiciləri yanında saxlamağa çalışır. “Reuters/Ipsos” sorğusuna əsasən, respondentlərin 60 faizi ABŞ-ın İrana endirdiyi hərbi zərbələrə qarşı çıxır. Eyni materialda bildirilir ki, ağ yevangelistlər Trampın ən güclü dayaqlarından biri olaraq qalır və 2024-cü il seçkilərində onların 80 faizdən çoxu ona səs verib.

Nəşr yazır ki, Tramp son açıqlamalarında İranda vurulmuş ABŞ pilotunun xilas edilməsini “Pasxa möcüzəsi” adlandırıb, müdafiə naziri Pit Heqset isə daha sərt dini leksikadan istifadə edərək düşmənlərə qarşı “amansız güc” tətbiqini əsaslandırmağa çalışıb. Bu yanaşma bəzi yevangelist fiqurlar, o cümlədən Robert Ceffress və digər konservativ dini liderlər tərəfindən də açıq şəkildə dəstəklənib.

Bununla yanaşı, həmin dini çərçivələndirmə ABŞ daxilində tənqid də doğurub. Papa Leo münaqişəni “dəhşətli” adlandırıb və İsanın adının müharibəni yaymaq üçün istifadə olunmamalı olduğunu bildirib. Tramp administrasiyasının zorakılığı bu qədər açıq dini dillə əsaslandırması ABŞ siyasi tarixində adi hal sayılmır.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.