İranın “Mehr” teleqram kanalında Xarq adasında bir neçə partlayışın baş verdiyi bildirildikdən sonra “Reuters“-ə danışan ABŞ rəsmisi Vaşinqtonun adada əlavə zərbələr endirdiyini təsdiqləyib. Nəşrin məlumatına görə, hücumlar hərbi hədəflərə yönəlib və neft infrastrukturu bu zərbələrdən təsirlənməyib.
Xarq adası İran üçün strateji enerji qovşağı sayılır. Ada İranın neft ixracının təxminən 90 faizinin əsas terminalıdır. Həmin materialda Donald Trampın Xarq adasında hərbi hədəflərin vurulduğunu dediyi, eyni zamanda İran Hörmüz boğazında gəmiçiliyə mane olmağa davam edərsə, adanın neft infrastrukturuna da zərbə endirilməsi imkanını gündəmə gətirdiyi göstərilirdi.