İran üzərində vurulan ABŞ F-15E qırıcısının ikinci ekipaj üzvünün xilas edilməsi əməliyyatı zamanı ABŞ qüvvələrinin öz texnikasının bir hissəsini qəsdən məhv etdiyi təsdiqlənib. “Reuters” yazır ki, xilas edilən silah sistemləri zabitinin dağlıq ərazidən İran daxilində dayanmış bir nəqliyyat təyyarəsinə aparılması zamanı ABŞ qüvvələri onlardan azı birini nasazlıq səbəbindən və düşmənin əlinə keçməməsi üçün məhv etməli olub.
“The Wall Street Journal“ isə daha irəli gedərək bildirir ki, əməliyyat zamanı iki MC-130J xüsusi əməliyyat təyyarəsi qəsdən partladılıb. Nəşrin məlumatına görə, həmin bortlar ya ilişib qalıb, ya da komprometasiya olunub və buna görə ABŞ onları yerindəcə məhv etmək qərarı verib.

Açıq mənbə hərbi analitikası isə yayılan fotolarda azı bir yanmış AH/MH-6 Little Bird görünə biləcəyini iddia edir. “The War Zone“ bu barədə yazıb.