İran ABŞ xilasetmə helikopterlərini vurdu

"Reuters" və "Washington Post"-un məlumatına görə, İran üzərində F-15E ekipajını axtaran ABŞ xilasetmə helikopterləri İran atəşinə məruz qalıb, lakin bazaya qayıda bilib. “Helikopterin vurulub düşməsi” isə hələ təsdiqlənməyib. 

30

İran üzərində vurulan ABŞ-a məxsus “F-15E Strike Eagle” qırıcısının ikinci ekipaj üzvünü axtaran xilasetmə əməliyyatı zamanı ABŞ helikopterlərinin İran atəşinə məruz qaldığı artıq bir neçə etibarlı mənbə ilə təsdiqlənir.

Reuters” yazır ki, axtarışda iştirak edən iki “Black Hawk” helikopteri İran atəşi ilə vurulub, lakin İran hava məkanından çıxa bilib.

Newsmax” da öz materialında, mənbəyə istinadən, UH-60 Black Hawk və daha bir xilasetmə hava vasitəsinin İran atəşinə tuş gəldiyini, lakin məhv edilmədiyini yazıb. Hadisə İran üzərində vurulan F-15E qırıcısının ekipajının çıxarılması cəhdi zamanı baş verib.