Luçeskunun infarkt keçirdiyi iddiası təsdiqlənməyib

Mirça Luçeskunun infarkt keçirdiyi iddiası yayılıb. "Reuters" isə onun yalnız məşq öncəsi halının pisləşdiyini və xəstəxanaya yerləşdirildiyini yazır. 

336

Rumıniya millisinin 80 yaşlı baş məşqçisi Mirça Luçesku ilə bağlı ağır iddia gündəmə gəlib. Sosial şəbəkələrdə onun kəskin miokard infarktı keçirdiyi yazılsa da, “Reuters“-in yaydığı rəsmi məlumatda bu diaqnoz təsdiqlənmir. Agentliyin xəbərinə görə, Luçesku martın 29-da məşqdən əvvəl keçirilən toplantı zamanı özünü pis hiss edib, ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb və vəziyyəti stabil olub. 

Nəşr daha sonra yazıb ki, Luçesku bu hadisədən sonra Rumıniya millisinin baş məşqçi postundan ayrılıb. Rumıniya Futbol Federasiyası onun xəstəxanaya yerləşdirildiyini təsdiqləyib, lakin infarkt keçirdiyinə dair ayrıca rəsmi açıqlama verməyib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.