Lövün Qanaya gedəcəyi iddiası təkzib olundu

Yoahim Lövün Qana millisinin baş məşqçisi olacağı iddiası yayılıb. Ancaq alman mütəxəssis bu xəbəri təkzib edərək Qanadan rəsmi təmas olmadığını deyib.

19

Qana millisinin baş məşqçi postuna Yoahim Lövün gətirilə biləcəyi ilə bağlı iddialar futbol gündəmini hərəkətləndirib. “Reuters“-in məlumatına görə, Qana Futbol Assosiasiyası martın 31-də Otto Addo ilə yollarını ayırıb və yeni məşqçi axtarışı başlayıb.

Bunun ardınca “GOAL” və digər media resurslarında Almaniya millisinin sabiq çalışdırıcısı Yoahim Lövlə danışıqların irəliləmiş mərhələdə olduğu barədə xəbərlər yayılıb. Lakin məsələ ilə bağlı ən vacib detal budur ki, Löv özü bu məlumatı açıq şəkildə təkzib edib. “GOAL”-ın yazdığına görə, o, “Qanadan heç kim mənimlə rəsmi danışmayıb” deyərək hazırda belə təmasın olmadığını bildirib.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.