İran rəhbərliyində qorxu qərarverməni iflic edir

ABŞ-İsrail zərbələrindən sonra İran rəhbərliyində rabitə böhranı və qorxu strateji qərarverməni zəiflədib. "Reuters" isə sistem daxilində çatların artıq əvvəlcədən dərinləşdiyini yazır. 

225

JNS“-in The New York Times” nəşrinə istinadən yaydığı məlumata görə, ABŞ-İsrail zərbələri nəticəsində İran rəhbərliyi ciddi şəkildə parçalanıb və sağ qalan yüksək vəzifəli şəxslər yeni hücumlardan ehtiyat etdikləri üçün bir-biri ilə əlaqə saxlamaqdan yayınırlar. Məlumatda deyilir ki, rabitə xətlərinin zədələnməsi və siqnalların ələ keçirilə biləcəyi qorxusu Tehranın strateji qərar qəbul etməsini və danışıqları koordinasiya etməsini çətinləşdirib. 

Bununla belə, İranın tam idarəetmə iflicinə uğradığını söyləmək hələ tezdir. “Associated Press” yazır ki, ağır zərbələrə və çoxsaylı itkilərə baxmayaraq, İran hələ də hücumlar təşkil edir və çevik, daha dağınıq komanda modeli ilə fəaliyyətini davam etdirir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.