Azərbaycan millisi “FIFA Series – 2026” turnirinin qalibi olub

Azərbaycan millisi Syerra Leone ilə 1:1 hesablı heç-heçə edib və penalti vuruşlarında daha dəqiq olaraq “FIFA Series – 2026” beynəlxalq turnirinin qalibi olub.

102

Azərbaycan millisi “FIFA Series – 2026” beynəlxalq turnirində ikinci oyununa çıxaraq Syerra Leone ilə üz-üzə gəlib.

MSNews.az xəbər verir ki, Sumqayıtda, Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Matçda Syerra Leone 28-ci dəqiqədə Daniel Kanu ilə hesabı açıb, Azərbaycan yığmasının cavab qolunu isə 72-ci dəqiqədə Rahil Məmmədov vurub.

Matçın əsas vaxtı bu hesabla başa çatıb və 90 dəqiqədən sonra penalti vuruşları həyata keçirilib. Penalti vuruşlarında (9:8) daha dəqiq olan millimiz turnirin qalibi adını qazanıb.

Bu görüş Azərbaycan millisinin tarixində Afrika təmsilçisinə qarşı ilk oyunu kimi də yadda qalıb. Xatırladaq ki, yığmamız turnirdəki ilk matçında Sent Lüsiya komandasını 6:1 hesabı ilə məğlub etmişdi.