Trampdan sərt mesajlar: İran, NATO və müttəfiqlər hədəfdə

Donald Tramp yeni açıqlamalarında özünü “sülhməramlı” adlandırıb, NATO-nu ABŞ-a dəstək verməməkdə suçlayıb və İranla bağlı daha sərt ritorika sərgiləyib.

38

ABŞ prezidenti Donald Tramp son çıxışlarında və açıqlamalarında İran, NATO, Yaxın Şərq, müttəfiqlər və ABŞ-ın hərbi rolu ilə bağlı bir-birinin ardınca rezonans doğuran fikirlər səsləndirib. Son günlər yayılan bəyanatlar göstərir ki, Tramp bir tərəfdən özünü tarixdə “böyük sülhməramlı” kimi görmək istədiyini deyir, digər tərəfdən isə İranın daha çox bombalanacağını, NATO-nun ABŞ-a kömək etmədiyini və Vaşinqtonun alyans qarşısında əvvəlki kimi öhdəlik hiss etməyə bilməyəcəyini açıq şəkildə vurğulayır.

Trampın ən diqqətçəkən xətti NATO ilə bağlı olub. The Washington Post” yazır ki, o, martın 27-də Mayami-Biçdə keçirilən sərmayə forumunda Avropa müttəfiqlərinin İran müharibəsində ABŞ-a ciddi dəstək vermədiyini deyib və “niyə biz onlar üçün orada olmalıyıq, əgər onlar bizim üçün orada deyillərsə?” məzmununda çıxış edib. Tramp NATO və digər müttəfiqlərin Hörmüz boğazının qorunmasına qoşulmaq çağırışını rədd etməsindən qəzəblənib və ABŞ-ın alyansdan uzaqlaşa biləcəyinə eyham vurub.

İran məsələsində Trampın ritorikası daha da sərtləşib. Reutersin məlumatına görə, o, Nazirlər Kabinetinin iclasında Tehrana “nüvə ambisiyalarından birdəfəlik imtina edib yeni bir yola qoşulmaq” çağırışı edib və əks halda ABŞ-ın “onları vurmağa davam edəcəyini” deyib. Həmçinin Trampın iranlıları ABŞ-la danışmağa çalışan və “çarəsiz vəziyyətdə” olan tərəf kimi təqdim etdiyini, Tehran isə bu təsviri rədd etdiyini yazıb.

Daha əvvəlki açıqlamalarına əlavə olaraq, Tramp son forum çıxışında özünü “həqiqətən sülhməramlı hesab etdiyini” deyib. Açıq transkriptlərdə onun ABŞ-ın bəzi müttəfiqlərinin yardımçı olduğunu, bəzilərinin isə kənarda qaldığını vurğuladığı görünür. Həmin çıxışda Səudiyyə Ərəbistanına təşəkkür edib və onu NATO-dan daha faydalı tərəfdaş kimi təqdim edib. Bu haqda “The Singju Post” yazıb.