2026-cı il Dünya Çempionatı üçün Avropa pley-off yarımfinalında Kosovo səfərdə Slovakiya üzərində dramatik qələbə qazanıb. Bratislavadakı “Národný futbalový štadion”da keçirilən görüşdə qonaqlar meydan sahiblərini 4:3 hesabı ilə məğlub edərək final mərhələsinə adlayıblar. Qarşılaşma yüksək temp, ardıcıl qol epizodları və dönüşlərlə yadda qalıb.
Slovakiya matça fəal başlayıb və 6-cı dəqiqədə Martin Valjentin qolu ilə hesabı açıb. Kosovo 21-ci dəqiqədə Veldin Hodja ilə cavab verib. İlk hissənin sonlarında Lukáš Haraslín yenidən Slovakiyanı önə çıxarsa da, ikinci yarıda Kosovo oyunun axarını dəyişib. Fisnik Asllani, Florent Muslija və Kreshnik Hajrizi qonaq komandanın növbəti qollarını vuraraq hesabı Kosovonun xeyrinə çeviriblər. Slovakiya daha bir qol tapsa da, geri dönüş üçün bu yetərli olmayıb.
Bu nəticə ilə Kosovo pley-offun final mərhələsinə yüksəlib və Dünya Çempionatına gedən yolda vacib addım atıb. Final mərhələsində Kosovo Türkiyə ilə qarşılaşacaq.