Melaniya Tramp Ağ Evdə robotla göründü

Melaniya Tramp Ağ Evdə keçirilən mərasimə “03” adlı humanoid robotla qatılıb. Qeyri-adi görüntülər sosial mediada geniş rezonans doğurub. 

36

ABŞ-ın birinci xanımı Melaniya Tramp Ağ Evdə keçirilən proqramda qeyri-adi görünüşü ilə diqqət mərkəzinə düşüb. O, tədbir məkanına Amerika istehsalı olan “03” adlı humanoid robotla birlikdə gəlib. Hadisə qısa müddətdə həm tədbir iştirakçıları, həm də sosial media istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. 

Məlumata görə, “03” adlı robot inkişaf etmiş süni intellekt sistemi və insana bənzər hərəkət imkanları ilə seçilir. Qeyd olunur ki, bu tip robotlar artıq yalnız nümayiş məqsədilə deyil, həm də səhiyyə, təhlükəsizlik və xidmət sektorlarında daha geniş şəkildə tətbiq olunmağa başlayıb.

Melaniya Trampın sözügedən tədbirə məhz bu robotla qatılması texnologiyanın ictimai görünürlük və simvolik təqdimat vasitəsinə çevrilməsi barədə yeni müzakirələr doğurub. Bu anlar proqramın ən çox diqqət çəkən məqamlarından biri kimi yadda qalıb.