İsrail 400 min ehtiyat hərbçini səfərbər edir

İsrail mümkün quru müharibəsinə hazırlaşaraq 400 min ehtiyat hərbçini silah altına çağırır.

İsrailin regionda artan gərginlik fonunda genişmiqyaslı quru əməliyyatına hazırlaşdığı bildirilir. Məlumata görə, ölkə rəhbərliyi təxminən 400 min ehtiyat hərbçini silah altına çağırmaq qərarı verib.

Bu addımın əsas məqsədinin mümkün quru müharibəsi üçün ordunun döyüş qabiliyyətini maksimum səviyyəyə çatdırmaq olduğu qeyd olunur. Səfərbərlik qərarı regionda hərbi eskalasiyanın yeni mərhələyə keçə biləcəyinə işarə kimi qiymətləndirilir.

Ekspertlər bildirir ki, belə genişmiqyaslı ehtiyat qüvvələrin cəlb olunması İsrailin yalnız müdafiə deyil, həm də aktiv hərbi əməliyyatlara hazırlaşdığını göstərir.

Analitiklərin fikrincə, bu proses Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə və münaqişənin genişlənməsi riskini artırır.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.