Frederiksenin partiyası Danimarkada ən zəif nəticə ilə birinci oldu

Danimarkada keçirilən parlament seçkilərində Mette Frederiksenin Sosial-Demokrat Partiyası 21,9 faiz səslə birinci olsa da, son 100 ildən çox dövrün ən zəif nəticəsini qeydə alıb.

9

Danimarkanın baş naziri Mette Frederiksenin rəhbərlik etdiyi Sosial-Demokrat Partiyası martın 24-də keçirilən parlament seçkilərində 21,9 faiz səslə birinci olub. Bununla belə, bu nəticə partiyanın 1903-cü ildən bəri ən zəif göstəricisi kimi qiymətləndirilir. Partiya 179 yerlik parlamentdə 38 mandat qazanıb.

Seçkinin yekunlarına görə, solçu “qırmızı blok” ümumilikdə 84 yer, sağçı “mavi blok” isə 77 yer əldə edib. Beləliklə, heç bir düşərgə hökumət qurmaq üçün tələb olunan 90 mandatlıq çoxluğu təmin edə bilməyib.

Xarici işlər naziri Lars Lökke Rasmussenin rəhbərlik etdiyi mərkəzçi Moderatlar partiyası 14 mandat qazanaraq hökumətin formalaşdırılmasında həlledici siyasi qüvvəyə çevrilib. Beynəlxalq media bu partiyanı seçkidən sonra “kingmaker” kimi xarakterizə edir.

Seçkidən sonra Frederiksen hökuməti istefa verib, lakin onun yenidən baş nazir postuna qayıtması ehtimalı qalır. İndi ölkədə yeni koalisiya hökumətinin qurulması üçün mürəkkəb və uzun siyasi danışıqların aparılması gözlənilir.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
25 mart 2026