OpenAI “Sora” tətbiqini bağladığını elan etdi

OpenAI "Sora" tətbiqi ilə vidalaşdığını açıqlayıb. Şirkət səbəbi açıqlamayıb, lakin rəsmi mənbələr Sora modelinin və xidmət səhifəsinin hələ də aktiv olduğunu göstərir.

10

OpenAI video generasiyası ilə tanınan “Sora” ilə bağlı diqqətçəkən açıqlama yayıb. “Sora”-nın rəsmi hesabında “Sora tətbiqi ilə vidalaşırıq” mesajı paylaşılıb və platformada kontent yaradan istifadəçilərə təşəkkür edilib. Açıqlamada qərarın səbəbi izah olunmayıb. 

Bununla belə, hazırkı vəziyyət göstərir ki, söhbət bütövlükdə “Sora” neyroşəbəkəsinin bağlanmasından yox, daha çox “Sora app” adlanan tətbiqin dayandırılmasından gedir. OpenAI-nin rəsmi “Sora” səhifəsi hələ də aktivdir və istifadəçilərə video yaratmaq imkanı təqdim edir. Bundan əlavə, OpenAI-nin yardım mərkəzində 19 mart 2026-cı il tarixli yeniləmədə “Sora” üçün video redaktə funksiyasının iOS və veb versiyada istifadəyə verildiyi bildirilir.

OpenAI-nin rəsmi materiallarında həm “Sora app”, həm də “Sora 2” ayrıca qeyd olunur. Şirkətin 2025-ci ilin sentyabrında yayımladığı məlumatda “Sora 2”-nin yeni video və audio generasiya modeli kimi təqdim edildiyi, onun “yeni Sora app” vasitəsilə istifadəyə verildiyi göstərilib. Bu isə tətbiq və modelin eyni anlayış olmadığını göstərir.

Beləliklə, yayılan məlumatlarda “Sora neyroşəbəkəsi bağlandı” ifadəsi indiki mərhələdə tam dəqiq görünmür. Rəsmi məlumatlara əsasən, OpenAI yalnız Sora tətbiqi ilə vidalaşdığını açıqlayıb, amma “Sora” xidmətinin və model ekosisteminin tam dayandırıldığına dair rəsmi təsdiq yoxdur.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
25 mart 2026