CERN tarixdə ilk dəfə antimaddəni yük maşını ilə daşıdı

CERN alimləri tarixdə ilk dəfə antimaddəni yük maşını ilə daşıyaraq elmi uğur əldə ediblər.

174

Cenevrədə yerləşən CERN alimləri tarixdə ilk dəfə olaraq antimaddəni (antiprotonları) yük maşını ilə daşımağı uğurla həyata keçiriblər. Bu eksperiment elmi baxımdan böyük nailiyyət kimi qiymətləndirilib.

Təcrübə zamanı alimlər xüsusi qorunan kapsulda saxlanılan təxminən 90-dan çox antiprotonu laboratoriyadan çıxararaq qısa məsafədə daşınıb. Əməliyyat son dərəcə riskli hesab olunur, çünki antimaddə adi maddə ilə təmasda olduğu anda tam məhv olaraq enerjiyə çevrilir.

Antiprotonlar vakuum mühitində, -269°C temperaturda saxlanılan superkeçirici maqnitlər vasitəsilə “havada asılı vəziyyətdə” qorunub. Bu xüsusi texnologiya onların heç bir səthə toxunmamasını təmin edib.

Təcrübə ümumilikdə bir neçə saat davam edib, lakin real daşınma prosesi təxminən 30 dəqiqə çəkib. Eksperiment uğurla başa çatdıqdan sonra alimlər bunu alqışlarla qeyd ediblər.

Layihənin rəhbərlərindən Stefan Ulmer bildirib ki, bu addım gələcəkdə antimaddənin digər ölkələrdə yerləşən laboratoriyalara daşınmasına yol aça bilər. Məsələn, Almaniyadakı Haynrix Hayne Universitetinə belə daşınmalar planlaşdırılır.

Alimlər vurğulayır ki, bu cür təcrübələr kainatın əsas qanunlarını, xüsusilə maddə və antimaddə arasındakı fərqləri daha dəqiq öyrənmək üçün mühüm əhəmiyyət daşıyır.

Ekspertlərin fikrincə, bu uğur antimaddə tədqiqatlarında yeni mərhələnin başlanğıcı hesab olunur və gələcəkdə fizika sahəsində böyük kəşflərə yol aça bilər.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.