İranda Əli Laricaninin yerinə Məhəmməd Baqer Zolqədr təyin olundu

İranın Milli Təhlükəsizlik Ali Şurasının yeni katibi Məhəmməd Baqer Zolqədr olub. O, İsrail zərbəsində öldürülən Ali Laricanini əvəz edir və SEPAH mənşəli sərt xətt tərəfdarı fiqur kimi tanınır. 

12

İranda Milli Təhlükəsizlik Ali Şurasının katibi postuna yeni təyinat gerçəkləşib.

MSNews.az “Reuters” istinadən xəbər verir ki, İran prezidentinin kommunikasiya üzrə müavini sosial şəbəkə paylaşımında Məhəmməd Baqer Zolqədrin ölkənin ən mühüm təhlükəsizlik strukturlarından biri olan Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin olunduğunu açıqlayıb. O, bu vəzifədə ötən həftə hava zərbəsində öldürülən Əli Laricanini əvəz edir.

Təyinat İranın müharibə və daxili idarəçilik baxımından ən həssas mərhələlərindən birinə təsadüf edir. “Reuters” və “AP”-nin son materiallarında qeyd olunur ki, İran rəhbərliyində ardıcıl itkilərdən sonra qərarvermə mexanizmi daha çox təhlükəsizlik və hərbi fiqurların ətrafında cəmlənir. Zolqədrin bu posta gətirilməsi də həmin xəttin davamı kimi qiymətləndirilir.

Məhəmməd Baqer Zolqədr uzun illərdir İranın sərt güc strukturlarına yaxın fiqur kimi tanınır. “Iran International”-ın əvvəlki profil materialına görə, o, 2021-ci ilin sentyabrından Quruluşun Məsləhət Şurasının katibi olub. Bu qurum İran siyasi sistemində parlamentlə Konstitusiyanın Mühafizə Şurası arasında mübahisələri həll edən və Ali Rəhbərə yaxın əsas məsləhətçi orqanlardan biri sayılır.

Onun keçmişi əsasən təhlükəsizlik və SEPAH xətti ilə bağlıdır. İran və beynəlxalq media profillərində göstərilir ki, Zolqədr daha əvvəl SEPAH komandanlığı daxilində yüksək vəzifələr tutub, daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini işləyib və sərt təhlükəsizlik yanaşması ilə seçilən düşərgənin nümayəndələrindən biri kimi tanınıb. “Reuters” və “The Jerusalem Post” da onu “keçmiş İnqilab Keşikçiləri komandiri” və “sərt xətt tərəfdarı fiqur” kimi xarakterizə edir.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026