İsrail səfiri: “İranda SEPAH və “Bəsic” daxilində ilk çatlar görünür”

İsrailin ABŞ-dakı səfiri Yexiel Leyterin sözlərinə görə, İranda SEPAH və “Bəsic” daxilində bəzi bölmələr xidmətə çıxmaqdan imtina edir. O, bunu rejim daxilində ilk çatların əlaməti kimi qiymətləndirib. 

13

İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter İrandakı hərbi-siyasi sistemdə ilk daxili çatların göründüyünü iddia edib. The Jerusalem Post”un yazdığına görə, Leyter “Bloomberg”ə müsahibəsində bildirib ki, SEPAH və “Bəsic” daxilində bəzi kiçik bölmələr artıq xidmətə çıxmaqdan imtina edir. 

Leyterin sözlərinə görə, “bu tiran rejimin konstruksiyası çatlamağa başlayır” və proses hələ dərin böhran mərhələsinə çatmasa da, həmin istiqamətdə inkişaf edir. O vurğulayıb ki, söhbət təkcə İranın hərbi imkanlarının zəifləməsindən deyil, həm də silahlı qüvvələrin mənəvi ruhunda aşınmanın başlamasından gedir.

Səfir bildirib ki, “SEPAH və Bəsic sistemində elə kiçik bölmələr var ki, hələ silahı öz rəhbərlərinə tuşlamırlar, amma artıq işə gəlmirlər” və bunun ilk dəfə baş verdiyini deyib. Onun fikrincə, bu proses davam edərsə, İran daxilində daha geniş siyasi-sosial sarsıntının başlanğıcı ola bilər.

Bununla belə, hazırda bu iddiaları İran tərəfdən təsdiqləyən rəsmi məlumat yoxdur. Əksinə, “Associated Press” son günlər yaydığı materialda yazır ki, İsrail zərbələri və bəzi yüksək rütbəli komandirlərin öldürülməsinə baxmayaraq, “Bəsic” strukturu Tehranda və digər bölgələrdə hələ də fəaliyyət göstərir, nəzarət-buraxılış məntəqələri saxlanılır və daxili repressiya aparatı işləməyə davam edir.

Bu səbəbdən Leyterin açıqlamaları hazırkı mərhələdə daha çox İsrail tərəfinin siyasi-hərbi qiymətləndirməsi kimi görünür. Açıq mənbələrdə İran rejiminin artıq daxildən çökməyə başladığını qəti şəkildə təsdiqləyən müstəqil sübutlar hələ görünmür.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026