ABŞ Prezidenti Donald Trampdan qalmaqallı “Pearl Harbor” cavabı

ABŞ Prezidenti Donald Tramp yapon jurnalistin sualına cavabında Pearl Harbor hücumuna istinad edərək qalmaqallı açıqlama verib.

123

ABŞ Prezidenti Donald Tramp yapon jurnalistin sualına verdiyi cavabla gündəmə gəlib.

Jurnalist ABŞ-ın İrana mümkün hərbi əməliyyatları öncədən Avropa və Asiyadakı müttəfiqlərinə, o cümlədən Yaponiyaya niyə bildirmədiyini soruşub. Tramp isə cavabında əməliyyatlarda “sürpriz effektinin” vacibliyini vurğulayaraq, bu səbəbdən heç kimə əvvəlcədən məlumat verilmədiyini bildirib.

O, əlavə olaraq, “Sürprizi Yaponiyadan yaxşı kim bilər? Niyə siz mənə Pearl Harbor hücumu barədə əvvəlcədən demədiniz?” ifadəsini işlədib.

Bu açıqlama sosial mediada və beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi Trampın bu müqayisəsini tənqid edərək, tarixi hadisənin bu cür kontekstdə xatırladılmasını uyğun hesab etməyib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.