Rusiya “xoşbəxtlik reytinqi”ndə gerilədi – Venesuela səviyyəsinə düşdü

Rusiya 2025-ci il üzrə qlobal xoşbəxtlik reytinqində 79-cu yerə düşüb və Venesuela, Liviya kimi ölkələrlə eyni səviyyədə qərarlaşıb.

22

“The Moscow Times” nəşrinin məlumatına görə, Rusiya 2025-ci ilin nəticələrinə əsasən beynəlxalq “xoşbəxtlik reytinqi”ndə ciddi geriləmə qeydə alıb.

BMT ekspertləri və “Gallup” tədqiqat mərkəzi tərəfindən hazırlanan siyahıda Rusiya 147 ölkə arasında 79-cu yeri tutub. Bu, ölkənin əvvəlki illə müqayisədə 13 pillə gerilədiyini göstərir.

Araşdırmaya görə, bu nəticə Rusiyanın son 11 ildə qeydə aldığı ən zəif göstəricilərdən biridir. Daha aşağı nəticə yalnız 2021-ci ildə müşahidə olunmuşdu.

Reytinqdə Rusiya Venesuela (80-ci yer), Liviya (81-ci yer) və Boliviya (78-ci yer) kimi ölkələrlə eyni səviyyədə qərarlaşıb.

Mütəxəssislər bildirir ki, bu cür reytinqlər ölkələrdə insanların həyat məmnuniyyəti, sosial rifah, iqtisadi vəziyyət və psixoloji faktorlar əsasında formalaşdırılır. Rusiyanın geriləməsi isə bu sahələrdə problemlərin artması ilə əlaqələndirilir.