İsrail mediası: Pezeşkian SEPAH-la ziddiyyət fonunda istefa ehtimalını nəzərdən keçirir

İsrailin "14-cü kanal"ı iddia edir ki, İran prezidenti Məsud Pezeşkian SEPAH-la gərginlik və Əli Laricaninin ölümü fonunda istefa ehtimalını nəzərdən keçirir.

141

İsrailin “Kanal 14” televiziya kanalının yaydığı məlumata görə, Məsud Pezeşkian ölkə daxilində artan gərginlik fonunda istefa ehtimalını nəzərdən keçirir.

Kanalın baş analitiki Dror Balazadanın mənbələrə istinadən verdiyi məlumata əsasən, İran prezidenti ilə SEPAH arasında ciddi fikir ayrılıqları mövcuddur. Bu gərginliyin son dövrlərdə yüksək vəzifəli şəxslərin ardıcıl şəkildə aradan götürülməsi ilə daha da dərinləşdiyi iddia olunur.

Məlumata görə, Pezeşkianın əsas narazılığı Ali Laricaninin ölümü ilə bağlıdır. İddialara əsasən, prezident bu hadisəni sadəcə təhlükəsizlik zəifliyi kimi deyil, qəsdən həyata keçirilmiş əməl kimi qiymətləndirir.

Eyni zamanda, kanalın mənbələri SEPAH daxilində Laricaninin ölümünün müsbət qarşılandığını iddia edir. Bildirilir ki, qurum tərəfindən əvvəlcədən onun və qardaşının “ləğv edilməsi” ilə bağlı dosyenin hazırlandığı da ehtimal olunur.

Qeyd olunur ki, bu məlumatlar hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib və iddia xarakteri daşıyır.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.