Qədim misirlilər də “ediləcək işlər” siyahısı tutub — 5 000 illik vərdiş

Arxeoloqlar antik Misirdə gündəlik “ediləcək işlər” qeydlərini aşkar ediblər ki, bu vərdiş 5 000 ildən çox dəyişməyib.

153

Misir Turizm Nazirliyi və Almaniyanın Tübin­gen Universitetinin birgə apardığı arxeoloji araşdırmalar nəticəsində antik misirlilərin gündəlik həyatlarında qeydlər apardıqları müəyyən edilib.

Arxeoloqlar Nil çayının qərbindəki Atribis kompleksində tapılan çoxsaylı “ostraka” – gil qab parçaları və təbaşir qırıntıları üzərində yazılmış gündəlik qeydlərin qədim Misir cəmiyyətinin adi həyatını əks etdirdiyi bildirilib. Bu qeydlər arasında məktub tipli gündəlik tapşırıqlar, şəxsi hesablar, məktəb məşqləri və hətta “ediləcək işlər” kimi qeydlər aşkar olunub.

Tübin­gen Universitetindən mütəxəssis Kristian Leitzin sözlərinə görə, bu tapıntılar antik dövrdə də insanlar gündəlik işlərini yazılı şəkildə qeyd etdiklərini göstərir və bu vərdişin təxminən 5 000 illik müddət ərzində dəyişmədiyi qənaətinə gətirib çıxarır. Beləliklə, bu praktikaya müasir insanların gündəlik “to‑do list” (ediləcək işlər siyahısı) yazmaları da daxil edilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.