Qiyamətə 8 ay qaldı

1960-cı ildə üç araşdırmaçının hazırladığı riyazi modelə görə, dünya əhalisinin artımı nəzəri olaraq 13 noyabr 2026-cı ildə kritik nöqtəyə çata bilər.

159

1960-cı ildə üç tədqiqatçı tərəfindən yayımlanan riyazi model yenidən gündəmə gəlib. Hesablamaya əsasən, dünya əhalisinin artım tempi bu şəkildə davam etsə, nəzəri “kritik nöqtə” 13 noyabr 2026-cı ilə təsadüf edir. Sözügedən model ezoterik və ya mistik yanaşmaya deyil, tamamilə əhali artımı məntiqinə söykənirdi.

Araşdırma 1960-cı ildə Hayns von Förster, Patrisiya M. Mora və Lorens V. Amiot tərəfindən hazırlanıb və “Science” jurnalında dərc olunub. Məqalədə müəlliflər son iki minillikdə dünya əhalisinin artımını riyazi formada modelləşdirərək artımın bu templə davam etməsinin nəzəri olaraq 2026-cı ilin noyabrında “sonsuzluq nöqtəsi”nə gətirib çıxaracağını yazıblar.

Buradakı “qiyamət” anlayışı sözün dini və ya mistik mənasında işlədilmir. Söhbət Yer kürəsinin resurslarının, məkanın və daşıma qabiliyyətinin əhali artımı ilə uyğunlaşmaması nəticəsində yaranacaq demoqrafik böhran ssenarisindən gedir. Yəni model, əhalinin hədsiz artımının planetin fiziki sərhədləri ilə toqquşacağını irəli sürür.

Mütəxəssislər isə vurğulayırlar ki, bu tip hesablamalar daha çox nəzəri xarakter daşıyır. Çünki real dünyada doğum səviyyəsi, ölüm göstəriciləri, miqrasiya, müharibələr, iqtisadi dəyişikliklər və sosial transformasiyalar əhali artım tempini daim dəyişir. Buna görə də 13 noyabr 2026-cı il tarixi birbaşa “dünyanın sonu” kimi yox, mübahisəli bir elmi proqnoz kimi qiymətləndirilir.

 

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.