İran İsveç vətəndaşını edam etdi – Stokholm səfiri XİN-ə çağırdı

İran İsveç vətəndaşını edam edib. İsveç hökuməti qərarı pisləyərək İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb və ölüm hökmünü qeyri-insani cəza adlandırıb.

24

İran çərşənbə günü bir İsveş vətəndaşını edam edib. Hadisədən sonra Stokholm rəsmi etirazını bildirmək üçün İranın İsveçdəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard məlumat verib. Onun sözlərinə görə, adı açıqlanmayan İsveç vətəndaşı ötən ilin iyun ayında İranda saxlanılmışdı və Stokholm müxtəlif səviyyələrdə aparılan görüşlər zamanı bu məsələni dəfələrlə İran rəsmilərinin diqqətinə çatdırmışdı.

Nazir bildirib ki, İsveç ölüm hökmünün tətbiqini qəti şəkildə pisləyir.

“Ölüm hökmü qeyri-insani, qəddar və geri dönməz bir cəzadır. İsveç Avropa İttifaqının digər üzvləri ilə birlikdə onun istənilən şəraitdə tətbiqinə qarşıdır”, – deyə Stenerqard vurğulayıb.

Məlumata görə, bu hadisə fevralın 28-də İsrail və ABŞ-ın İrana qarşı həyata keçirdiyi zərbələrdən sonra baş verən ilk edam kimi qeyd olunur.

Hazırda hadisə ilə bağlı diplomatik gərginliyin artdığı bildirilir.