İlham Əliyev İrakli Kobaxidzeyə başsağlığı verib

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə II İlyanın vəfatı ilə bağlı başsağlığı məktubu ünvanlayıb.

139

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb.

MSNews.az xəbər verir ki, dövlət başçısı məktubunda II İlya həzrətlərinin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladığını bildirib.

Məktubda qeyd olunur ki, II İlya həzrətləri bütün həyatını xalqına və bəşəriyyətə xidmətə həsr etmiş görkəmli din xadimi olub. Onun Qafqaz regionunda sülhün, sabitliyin, insanlar arasında həmrəyliyin, dinlərarası anlaşma və dialoqun inkişafı istiqamətində mühüm fəaliyyəti xüsusi vurğulanıb. Bildirilib ki, o, milli və dini mənsubiyyətindən asılı olmayaraq milyonlarla insanın hörmət və rəğbətini qazanıb.

Prezident İlham Əliyev həmçinin qeyd edib ki, II İlya həzrətlərinin Azərbaycan ilə Gürcüstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsində böyük xidmətləri olub.

Dövlət başçısı məktubun sonunda bu ağır itki ilə əlaqədar başsağlığı verərək, Gürcüstan rəhbərliyinə, xalqına və Pravoslav Kilsəsinə dərin hüznlə dəstəyini ifadə edib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.