Hörmüzdə gərginlik: ABŞ elit dəniz piyadalarını bölgəyə göndərir

ABŞ elit dəniz piyadaları Hörmüz boğazına göndərilib. Məqsəd Fars körfəzinin strateji girişini nəzarət altında saxlamaqdır.

140

“The Telegraph” yazır ki, ABŞ dəniz piyadalarının elit bölməsi Hörmüz boğazında mümkün əməliyyata hazırlıq məqsədilə Yaxın Şərqə göndərilib. Mənbələr bildirir ki, bu qüvvələrin əsas vəzifəsi Fars körfəzinin əsas giriş nöqtəsi olan Hörmüz boğazında nəzarəti bərpa etməkdir.

Operativ qrup 2500 dəniz piyadasından ibarətdir və desant, quru və hava əməliyyatları üçün hazırlanmış çevik reaksiya qüvvələrinin ekspedisiya korpusunun tərkibinə daxildir. Bu yerləşdirmə ABŞ-a bölgədəki strateji adalara reydlər etmək və mümkün minalı katerləri aradan qaldırmaq imkanı verir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.