ABŞ-da fəaliyyət göstərən bir yepiskop Emanuel Şaletanın kilsəyə məxsus yüz minlərlə dolları mənimsəyərək həmin vəsaiti Meksikadakı fahişəxanalarda xərclədiyi iddiası ölkədə böyük qalmaqala səbəb olub.
Məlumatlara görə, din xadimi kilsənin maliyyə fondlarından təxminən 250 min dolları şəxsi məqsədləri üçün istifadə edib. Bu vəsaitin böyük hissəsinin Meksikada əyləncə və fahişəxana ziyarətlərinə xərcləndiyi iddia olunur.
Skandalın üzə çıxmasından sonra kilsə rəhbərliyi sözügedən yepiskopu dərhal vəzifəsindən uzaqlaşdırıb. Hadisə ilə bağlı həm inzibati, həm də hüquqi araşdırmanın başladıldığı bildirilir.
ABŞ mediasında geniş rezonans doğuran hadisə dini qurumların maliyyə şəffaflığı və nəzarət mexanizmləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Eyni zamanda mənimsənildiyi iddia edilən vəsaitin geri qaytarılması üçün hüquqi prosesin başladıldığı qeyd olunur.