Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Cvijanović ilə görüşüb.
Görüş zamanı Prezident İlham Əliyevin Jelka Cvijanović ilə əvvəlki görüşləri məmnunluqla xatırlanıb, ölkələr arasında münasibətlərin inkişaf etdiyi qeyd olunub. Tərəflər müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Jelka Cvijanović ənənəvi olaraq keçirilən Qlobal Bakı Forumunda bir neçə dəfə iştirak etdiyini bildirib.
Söhbət zamanı həmçinin XIII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, tədbirin yüksək səviyyədə təşkil olunduğu vurğulanıb. Qeyd edilib ki, forumda hər zaman olduğu kimi bu il də, xüsusilə dünyada mövcud geosiyasi vəziyyət fonunda aktual qlobal məsələlər müzakirə edilir.