Bakıda “Beautytime” salonlar şəbəkəsinin rəhbəri saxlanılıb

Bakıda “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva külli miqdarda dələduzluq ittihamı ilə saxlanılıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

169

Bakıda fəaliyyət göstərən “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva saxlanılıb.

Məlumata görə, Həmzəyeva polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində tutulub. O, külli miqdarda dələduzluq etməkdə ittiham olunur.

Qeyd edək ki, bir ay əvvəl blogerlər Fidan ZeynAzerina Xətai Rayon Polis İdarəsinə müraciət edərək K.Həmzəyevadan şikayət etmişdilər. Onlar iş qadınının dələduzluq yolu ilə özlərinə məxsus təxminən 150 min manatı ələ keçirdiyini iddia ediblər.

Bildirilir ki, bir neçə gün əvvəl istintaqdan yayındığı üçün Həmzəyeva barəsində axtarış elan olunmuşdu. Hazırda faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.